Dayanma-durma qaydalarına riayət etməyən sürücülər cərimə olunacaq - Gələn ildən

Gələn ildən dayanma-durma qaydalarına riayət etməyən sürücülər kamera vasitəsilə aşkar edilib cərimə olunacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. O bildirib ki, həllini gözləyən əsas məsələlərdən biri Bakı küçələrindəki tıxaclarla bağlıdır: "Söz yox ki, tıxaclar dünyanın bütün paytaxt şəhərlərində var. Lakin süni yollarla tıxaclar və ya nəqliyyatın hərəkətində sıxlıqların yaradılmasının qarşısını almaq istiqamətində iş gedir. Bəzi yerlərdə qeyri-qanuni parklamalar, hansısa tikinti şirkətinin icazəsiz olaraq inşaat işləri aparması, yaxud da bina tikintisi zamanı yola çıxışın düzgün hesablanmaması süni tıxaclara səbəb olur".
Tıxac problemindən danışarkən V.Kərimli qeyri-qanuni parklamaları xüsusi qeyd edib: "Qeyri-qanuni parklamaların qarşısının alınması ilə bağlı tədbirlərin icrası Bakı Nəqliyyat Agentliyinə tapşırılıb. Artıq bir neçə gündür həmin inzibati xətalara görə cərimələrin tətbiqinə başlanılıb. Əməkdaşlarımız ilkin olaraq bunu planşetlər vasitəsilə yerinə yetirirlər, icazə verilmədiyi yerlərdə dayanma-durma qaydalarının tələblərinə riayət etməyən sürücülərə qarşı cərimə tətbiq olunur. Amma yeni ildən bunu kameralar vasitəsilə edəcəyik, çünki kamera olduqda şəffaflıq təmin edilir, statistika daha doğru aparılır. Avtobusların hərəkətinin nizamlanması, taksilərə dair kvotaların tətbiqi üzrə tədbirlər proqramının, eləcə də taksilərə və taksi sürücülərinə dair tələblərin hazırlanması, küçələrdə piyada səkilərinin yenidən bərpası istiqamətində iş davam edəcək".
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Əli Əsədovdan dəmiryolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR








