"Dedilər ki, ikincisi gəlir, qaçın gizlənin!" - Naxçıvan Hava Limanının yaralı əməkdaşından ŞOK AÇIQLAMA - VİDEO

Martın 5-də İranın pilotsuz uçuş aparatı (PUA) ilə hədəf aldığı Naxçıvan Beynəlxalq Hava Limanının yaralı əməkdaşı Reyhanə Vəliyeva həmin dəhşətli anları ilk dəfə danışıb.
Avtosfer.az "Real TV"yə istinadla xəbər verir ki, müsahibə verən zərərçəkmiş ölümün bir addımlığında keçən dəqiqələri belə təsvir edib:
Hücum sərnişinlərin təyyarəyə minik prosesi başladığı vaxt baş verib. Reyhanə xanım deyir ki, hər şey bir anın içində qaranlığa qərq olub:
"Gurultulu bir səs eşitdik, eyni anda hər tərəfdən işıq parladı və şüşələr üzərimizə töküldü. Ətraf qaranlıq idi. Kimsə yuxarıdan qışqırdı ki, "Bizi vurdular!" Hadisənin mahiyyətini yalnız o an dərk etdim".
Yaralı olmasına baxmayaraq, R.Vəliyeva ilk növbədə həmkarlarının köməyinə tələsib. O, dağıntılar altından çıxaraq iki iş yoldaşına və ətrafdakı sərnişinlərə yardım etdiyini bildirib. Lakin qorxu dolu anlar bununla bitməyib:
"Təzəcə özümə gəlmişdim ki, "İkincisi gəlir, qaçın gizlənin!" dedilər. Rəfiqəmlə qucaqlaşıb qaçdıq. Amma xidməti vəzifəmizi yerinə yetirdiyimiz üçün az sonra yenidən hava limanının həyətinə qayıtdıq".
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












