DƏHŞƏT: Göydən başına düşdü və... - VİDEO

Moskvada intihar məqsədilə özünü binadan atan qadın küçədən keçən digər qadının başına düşüb. Avtosfer.az moderator.az-a istinadən xəbər verir ki, təzadlı və faciəvi olay oktyabrın 30-da paytaxtın “Xoroşo” ticarət mərkəzində baş verib. Alış-veriş edən 27 yaşlı qadının başına gözlənilmədən digər qadın düşüb. Əvvəlcə mediada iki intihar edən qadın haqda məlumat yayılıb. Sonradan məlum olub ki, İrina adlı 42 yaşlı qadın ticarət mərkəzinin içərisində -3-cü mərtəbədən aşağıdakı Çulpan adlı 27 yaşlı başqa qadının üstünə yıxılıb. İrina ağır xəsarətlər alaraq xəstəxanada ölsə də, Çulpan yalnız başının yüngül zədələnməsi ilə canını qurtara bilib. Videodan binadan yıxılan qadının özünün eyvanın məhəccəri üzərinə çıxdığı görünsə də, onun bunu intihar məqsədilə edib-etmədiyi hələlik dəqiq bilinmir. Amma bəlli olur ki, hadisə zamanı nə ticarət mərkəzinin yaxınlıqda olan mühafizəçisi, nə masa arxasında əyləşən insanlar, nə də həmin videonu lentə alan şəxslər qadının yıxılmasının qarşısını almağa cəhd edib. Əksinə, lentə alanlar laqeydcəsinə qadın haqda “o məhəccərin üzərinə uzanır, o dönür” kimi ifadələr işlədirlər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












