Dəhşətli avtobus qəzasında ölən şəxs BŞİH-nin işçisi imiş - TƏFƏRRÜAT

Bakıda sərnişin avtobusunun törətdiyi və ölümlə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, oktyabrın 12-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusununun vurduğu “MAN” markalı yük avtomobili Bakı Şəhər İcra Hakimiyyətinə məxsus olub. Belə ki, avtobusun arxadan çırpıldığı paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi xüsusi təyinatlı yük maşını axşam saatlarında küçələrdəki zibil qutularından tullantıların toplanması işini həyata keçirirmiş. Bildirilir ki, yük maşını ilə ara məsafəsini düzgün seçməyə avtobus qarşıda gedən nəqliyyat vasitəsinin qəfil dayanması nəticəsində arxadan ona çırpılıb. Bu zaman təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən yük maşınının arxasından tutaraq gedən fəhlə Eldar Bayramov avtobusla həmin nəqliyyat vasitəsinin arasında qalıb. O, hadisə yerində ölüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb. "Magna Trans" MMC-yə məxsus olan avtobusun sürücüsü hadisə vaxtı ərazidən uzaqlaşsa da, sonradan saxlanılıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












