Dəhşətli faktlar: Qaşıqçını "Pələng dəstəsi" öldürüb - Cinayətin ÜSTÜ AÇILDI

Səudiyyəli jurnalist Camal Qaşıqçını öldürən qrupun daha əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sağ qolu olan adamı öldürdüyü ortaya çıxıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, bu haqda BBC bildirib. Qeyd edilir ki, Camal Qaşıqçı cinayəti 2018-ci ildə qurulan 50 nəfərlik "Pələng komandası"nın içindəki qrup tərəfindən işlədilib. Həmin komandanın daha əvvəl şahzadə Salmanın "qara qutusu" adlandırılan general-leytenant Əli Əl-Kahtanini döyərək öldürdüyü bildirilir. Səudiyyə rəhbərliyinin tanınmış müxaliflərindən olan Saad Əl-Fakihin sözlərinə görə, "Pələng komandası"nın vəzifəsisi ölkə daxilində və xaricindəki rəqiblərini öldürməkdir.
Qeyd edək ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı "Vaşinqton Post" qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb. Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb. İndiyə kimi, Qaşıqçının öldürülməsi ilə bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülüb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












