Dəhşətli qəzada 13 yaşlı övladını itirən ana intihar edib?

Binə qəsəbəsində 160 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun qatarla toqquşması nəticəsində dünyasını dəyişən 13 yaşlı Dadaşzadə Yusifin anasının intihar etməsi ilə bağlı xəbərlər yayılıb. Avtosfer.az-ın Unikal.org-a istinadən məlumata görə, sözügedən məlumat həqiqəti əks etdirmir. Belə ki, dəhşətli hadisə nəticəsində övladını itirməsinin stressini yaşayan ananın dünən halı pisləşib. Yas mərasiminə gələn yaxınları Dadaşzadə Həqiqətə kömək üçün təcili tibbi yardım stansiyasına müraciət ediblər. Yaşadıqları ünvana gələn təcili tibbi yardım stansiyasının həkimlərinin müdaxiləsindən sonra onun səhhətində yaranan problem aradan qaldırılıb. Qeyd edək ki, dəhşətli qəzada həyatını itirən Dadaşzadə Yusif 17 ildən sonra dünyaya gəlib və ailənin yeganə övladı olub.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












