Dekabrın 6 günü gecələr çox uzun - 14 saat 43 dəqiqə, gündüzlər qısa olacaq...

Azərbaycana qış fəsli daxil olduqdan sonrakı 6 gün ərzində ən qısa gündüzlər və ən uzun gecələr müşahidə ediləcək. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib. Onun sözlərinə görə, Azərbaycana qış fəsli dekabrın 22-də saat 02.22.42-də daxil olacaq: "Dekabrın 21-dən 22-ə keçən gecə Azərbaycanda ən uzun gecə, dekabrın 22-i də isə ən qısa gündüz olacaq. Həmin vaxtdan başlayaraq, 6 gün ərzində - dekabrın 21-dən 27-dək ölkə ərazisində gecələrin uzunluğu bərabər olacaq, eləcə də o günlərdə gündüzlərin uzunluğu bərabər olacaq. Həmin müddətdə gecələrin uzunluğu 14 saat 43 dəqiqə, gündüzlərin uzunluğu 9 saat 17 dəqiqə olacaq".
Direktor müavini əlavə edib ki, Yer Qış Günəş duruşundan keçdikdən sonra günlər uzanacaq, gecələr qısalacaq: “Amma biz dekabrın 26-dək gündüzün uzanmasını hiss etməyəcəyik. Ancaq 1 həftədən sonra - hər 2-3 gündən bir gecələrin 1 dəqiqə qısaldığını müşahidə edəcəyik”. X.Mikayılov qeyd edib ki, Yerin Günəşə ən yaxın məsafəsi yanvarın 3-də (2019-cu il) olacaq. Həmin gündə Bakı vaxtı ilə saat 09:36-da Yerlə Günəş arasındakı məsafə 147 098 291 km olacaq ki, bu da Yerlə Günəş arasında olan orta məsafədən (149 600 000 km) təxminən 2,5 million km azdır.
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ










