Dekabrın hava proqnozu: Güclü külək və yağışlar

Dekabr ayının birinci ongünlüyündə güclü şimal küləyi əsəcək. Avtosfer.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, dekabr ayına olan ilk hava proqnozuna görə, gələn ay havanın temperaturu, demək olar ki, ölkə ərazisində iqlim norma göstəricilərindən çox fərqlənməyəcək: “Yəni iqlim norması daxilində havanın temperatur tərəddüd edəcək. Ayrı-ayrı günlərdə temperaturun normadan bir qədər aşağı enməsi proqnozlaşdırılır. Xüsusilə də dekabr ayının birinci ongünlüyündə güclü şimal küləyi güclənəcək. Bu dövr ölkə ərazisində yağıntılı hava şəraiti ilə səciyyələnəcək”. Umayra Tağıyeva qeyd edib ki, dekabrın 2-3-də respublikanın rayonlarında, dağlıq və dağətəyi ərazilərdə yağıntının sulu qar və qar şəklində olacağı proqnozlaşdırılır.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












