Dələduzluq edən baş redaktorun məhkəməsində şahidlər məcburi gətiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Əsədov, Vüsal Hüseynov, Samirə Nəsibova, Elman Xəlilov, Anar Abıyev və Mehdi Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə bir neçə şahidin məhkəməyə gəlmədiyi elan olunub. Hakim bildirib ki, həmin şəxslərin barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılsa da, icra edilmir: "Çıxarılan qərarın icrası üçün aidiyyatı qurumlara müraciət ediləcək". Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib. Xatırladaq ki, təqsirləndirilən şəxslərdən S.Nəsibova "Ata yolu" qəzetinin baş redaktoru olub. S.Nəsirova bir neçə nəfəri işə düzəltmək adı ilə aldadaraq, onalara dələduzluq edib. Onun işi üzrə 29 nəfər zərərçəkmiş tanınıb. S.Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilərək, 7 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslərdən A.Abıyev və M.Mehdiyevin barəsində polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib və azadlıqdadırlar. E.Əsədov daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıb. 2015-ci ildə isə azadlığa çıxıb. Digər təqsirləndirilən V.Hüseynov da daha əvvəl dələduzluğa görə məhkumluq həyatı yaşayıb. Hazırda ev dustaqlığında olan A.Abıyev də dələduzluqda ittiham edilərək həbs edilib və 2013-cü ildə azadlığa buraxılıb. İş üzrə 37 nəfər zərərçəkmiş var. Onlar təqsirləndirilən şəxslərə işə düzəlmək və digər məqsədlərlə pul veriblər. Qeyd edək ki, S.Nəsirova həbs edilməmişdən bir neçə ay əvvəl evindən 48 min dollar və qızıllarının oğurlandığını bildirmişdi.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










