Dələduzluq edən qadının apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Yasəmən Nəcəfovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Y.Nəcəfovanın apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında 1973-cü il təvəllüdlü Yasəmən Sabir qızı Nəcəfova Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Etibar Akif oğlu Musayevin etibarından sui-istifadə edərək ondan 40 min manat pul alıb və geri qaytarmayıb. Daha sonra zərərçəkən ərizə ilə 17-ci Polis Bölməsinə müraciət edib. Bakıda qızıl alveri ilə məşğul olan qadınlar - Naibə Həsənova və Gülnarə Cəlalova da polisə müraciət ediblər. Onlar Y.Nəcəfova adlı qadının onlardan qızıl-zinət əşyaları alıb, pulunu ödəmədiyini bildiriblər. N.Həsənova Y.Nəcəfovanın ondan 15 min manat, G.Cəlalova isə 53 min manat dəyərində qızıl-zinət əşyaları aldığını və 3 il ərzində pulunu ödəmədiyini deyiblər. Y.Nəcəfova hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












