Dələduzluq edən şəxslər saxlanılıb - FOTO

Dələduzluq yolu ilə insanları aldadaraq onların etibarından sui-istifadə edən və pullarını mənimsəyən şəxslər saxlanılıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhər sakini Çərkəz Həsənov Polis Şöbəsinə müraciət edərək bir müddət əvvəl Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində Nizami və Fərid adlı şəxslərlə tanış olduğunu və həmin şəxslər tərəfindən 2400 ABŞ dollarının mənimsənildiyi barədə məlumat verib. Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Cəlilabad rayon sakini Taleh Həşimov və Biləsuvar rayon sakini Röyal Həsənov saxlanılıblar. Araşdırma zamanı həmin şəxslərin zərərçəkəni Rusiya Federasiyasına geyim əşyaları göndərməkdə ona köməklik göstərəcəkləri adı altında aldadaraq metronun Nərimanov stansiyasının yaxınlığında qeyd edilən miqdarda pulu dələduzluq yolu ilə əldə etdikləri məlum olub. T.Həşimov və R.Həsənovun verdiklərə vədə əməl etmədiyini görəndən sonra zərərçəkən bu barədə polisi məlumatlandırıb. Saxlanılan şəxslər ifadələrində daha iki nəfəri eyni üsulla aldadaraq pullarını ələ keçirdiklərini bildiriblər. Qeyd edək ki, T.Həşimov özünü zərərçəkənlərə Nizami, R.Həsənov isə Fərid kimi təqdim edib. Faktlarla bağlı 18-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. T.Həşimov və R.Həsənovun əməllərindən zərərçəkən və hələ də, polisə məlumat verməyən başqa şəxslər varsa bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinə və ya 18-ci Polis Şöbəsinə müraciət edə bilərlər.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA













