Dələduzluqda təqsirləndirilən şəxs deputat Elmira Axundovadan üzr istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsini yazılı şəkildə məhkəməyə təqdim edib. Daha sonra E.İbrahimov ifadəsini elan edib. O, zərərçəkmiş Fərman Məmmədov epizodu üzrə danışıb: "Fərman müəllim ifadəsində deyir ki, biznes işi ilə bağlı mənimə əlaqə saxlayıb. Sonra məhkəmədə bildirir ki, pulu Həbib Axundova verib. Axı bu necə olur? O, heç verdiyi pulun məbləğini bilmir. Çünkü Fərman müəllimin verdiyi pul Nazimə məxsusdur. Fərmanın dediyinə görə, guya onun pulunu Nazim saxlayırdı. Məgər Fərman bankdır? Fərmanın necə insan olduğu hər kəsə məlumdur. Mənim ona bir qəpik də borcum yoxdur. Əksinə, o, şər-böhtanla Həbib Axundovdan aldığı 250 min manat pulu geri qaytarmalıdır".
E.İbrahimov qeyd edib ki, həbs edilən zaman F.Məmmədovun adamları onun Həbib Axundovun üzünə durmasını istəyib: "Fərman müəllim məndən şikayətçi olmadığını söylədi. Onlar bir neçə dəfə mənə dedilər ki, mən Həbibin üzünə durum". İfadəsinin davamında təqsirləndirilən şəxs deputat Elmira Axundova və onun oğlu H.Axundovdan üzr istəyib: "Çox utanıram. Çünkü mətbuatda onlar haqqında çox şey yayıldı". O, F.Məmmədovdan faizə aldığı pulun əvəzinə qazancdan artıqlaması ilə pul verdiyini söyləyib: "Ondan 430-450 min manat civarında faizə pulı almışam. Qazancdan isə 650 min manat pul vermişəm. Bir sözlə, Fərmanın mənə borcu qalıb". Prosesdə zərərçəkmiş F.Məmmədov vəsatət qaldırıb. O, ibtidai istintaqı araşdıran müstəntiqin məhkəmədə dindirilməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb. Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib. Qeyd edək ki, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












