Delfinləri məhv edən virus aşkar olunub

Atlantik okeanından Aralıq dənizinə yayılmış yeni virus ştammı delfinlərin məhvinə səbəb olur. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, “morbillivirus” adlanan bu yeni virus insanda qızılca və iribuynuzlu heyvanlarda taun xəstəliyi törədən viruslar ailəsinə aiddir. Virusun bu növü Aralıq dənizi bölgəsi üçün səciyyəvi olan yerli ştamm ilə müqayisədə daha aqressivdir, lakin o, epidemiyaya səbəb olmur, yalnız ayrı-ayrı fərdlərə təsir edir. Okeanoqrafiya fondundan olan tədqiqatçılar yaranmış vəziyyəti Komplutense Universitetindən və Heyvanların sağlamlığının öyrənilməsi mərkəzindən, habelə Las-Palmas de-Qran-Kanariya Universitetindən olan alimlərlə birgə təhlil edərək bu qənaətə gəliblər. 2011-ci ildə - bu virusun İspaniyada sonuncu dəfə yayıldığı dövrdə ay yarım ərzində təkcə Valensiya sahillərində 50-dən çox delfin cəsədi tapılmışdı. Bir il sonra virusun yeni ştammı aşkar edilib. Alimlər güman edirlər ki, ştammın bu yeni növü Aralıq dənizinə Atlantik okeanı sularında yaşayan virus daşıyıcıları vasitəsilə gəlib çıxıb. Çox ehtimal ki, bunlar delfinlər olub və sonradan yerli delfin növlərinə bu virusu yoluxdurublar.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












