Dəmir yol xəttindən oğurluq edənlər yaxalandı - VİDEO

Dəmir yolundan transformatorlar oğurlanıb. Avtosfer.az xəbər verir ki, dəmiryolu xəttinin elektrik enerjisinin tənzimlənməsində istifadə olunan trasformatorların oğurlanmasından sonra reyslər zədələnib. Ağstafa və Gəncə polisinin birgə əməliyyatı zamanı 2 nəfər saxlanılıb. Bunlar Ağstafanın Saloğlu qəsəbə sakini 31 yaşlı Yaşar Xəlilov və Qarayazı kənd sakini 18 yaşlı Taleh Qayıbovdur. Əməliyyat zamanı xeyli miqdarda mis naqillər və dəmiryolunda istifada olunan digər metallar aşkarlanaraq götürülüb.Yaşar Xəlilov əvvəllər məhkumluq həyatı yaşayıb, həmçinin bir neçə il dəmiryol sahəsində çalışıb. Oğurluq faktının üstü vaxtında açılmasaydı, ərazidən keçən sərnişin və yük qatarlarının hərəkətində ciddi təhlükə yarana bilərdi.
Faktla bağlı Gəncə Dəmiryol xətt Polis Şöbəsində araşdırmalar davam edir.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












