Dəmir Yolları Əməkdaşlıq Təşkilatının baş direktorlarının 33-cü iclası keçirilib - FOTO

Vyetnamın Dananq şəhərində Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT) Baş direktorlar (məsul nümayəndələri) konfransının XXXIII iclası keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Avtosfer.az-a bildirib ki, iclasda “Azərbaycan Dəmir Yolları” QSC Hüquq şöbəsinin rəisi Nicat Quliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
İclasda bir çox məsələlər müzakirə olunub. İştirakçılar yük və sərnişin daşımaları, infrastuktur və hərəkət heyətləri üzrə DYƏT Komissiyalarının fəaliyyətinin nəticələrini, eləcə də təşkilatın daimi İşçi qruplarının 2017-ci il ərzində gördükləri işləri müzakirə ediblər. Qarşılıqlı hesablaşmalar üzrə gedişat, dəmir yolları arasında borcların ödənilməsi mexanizmi və birbaşa dəmir yolu bağlantısına dair konvensiyanın layihə mətninin qəbul edilməsi haqqında Beynəlxalq Konfransın gedişatı haqqında məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb. İclas zamanı Koreya Respublikasının DYƏT-ə üzv kimi qəbul edilməsi məsələsi də nəzərdən keçirilib. Həmçinin, cari və 2019-cu il üçün büdcə, DYƏT-ın 2017-ci il üzrə fəaliyyəti, təşkilatın cari və gələcək illərdəki fəaliyyət proqramı müzakirə edilib. DYƏT-ın Komitə rəhbərliyində, sədrlər və işçi orqanların mütəxəssisləri arasında vəzifələrin bölüşdürülməsi razılaşdırılıb.
Baş direktorlar konfransının növbəti XXXIV iclasının ilkin gündəliyi və keçirilmə yeri təsdiqlənib. İclas 2019-cu il 8-12 aprel tarixlərində Koreya Respublikasında keçiriləcək.
Plenar iclasın yekunlarına dair müvafiq Protokol imzalanıb.
Baş direktorlar konfransında qəbul edilən bütün qərarlar Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsinə və DYƏT-ə üzv və müşahidəçi dövlətlərin dəmir yolu nəqliyyatının rəqabət qabiliyyətinin artırılmasına köməklik etməlidir.
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI












