Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunur

Bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar olaraq rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Avtosfer.az-a verilən məlumata görə, cəmiyyətin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni 2019-cu təqvim ili ərəfəsində gucləndirilmiş iş rejimində çalışır. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.
Sərnişin sıxlığının artması ilə əlaqədar olaraq ölkədaxili və xaricə hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.
Qeyd edək ki, bayram günləri tarixlərinə (27, 28, 29 və 30 dekabr) ölkədaxilində hərəkət edəcək sərnişin qatarlarına kassalarda biletlər mövcuddur. Eyni zamanda həmin tarixlərdə Bakı-Tbilisi sərnişin qatarının Kupe və SV tipli vaqonlarına bilet satışı bitsə də, plaskart tipli vaqonlara kassalarda biletlər var. Bakı-Tbilisi sərnişin qatarında eləcə də 30 dekabr tarixinə kupe yerlərə də kassalardan bilet əldə etmək mümkündür.
Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.
Namiq
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










