Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT

Qazaxıstanda istehsal olunan Wabtec TE33A lokomotivlərinin Azərbaycana ixracı ilə bağlı yeni imkan yarana bilər. Astanada yerləşən Lokomotiv Yığma Zavodunun növbəti iki il ərzində müxtəlif ölkələrə lokomotiv ixracı üzrə danışıqlar apardığı, potensial alıcılar arasında Azərbaycanın da olduğu bildirilir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu məsələyə diqqət çəkib.

Ekspertin sözlərinə görə, söhbət Azərbaycan üçün tamamilə yeni texnikadan getmir. Çünki TE33A platforması artıq ölkədə istismar təcrübəsinə malikdir.
“TE33A” ABŞ-ın “Wabtec” şirkətinin texnologiyası əsasında istehsal olunan, bir bölməli yük teplovozudur. Lokomotiv 3356 kVt, yaxud 4562 at gücünə malikdir və 6000 tona qədər çəkisi olan qatarları daşıya bilir. Maksimal sürəti 120 km/saat, ötürücü sistemi isə elektrik ötürücülüdür. Həmçinin oxlar üzrə dartma nəzarəti sistemi ilə təchiz olunub.
Rauf Ağamirzəyev bildirib ki, müasir “Wabtec” lokomotivlərinin üstünlüyü yalnız texniki göstəricilərlə məhdudlaşmır. Onlarda rəqəmsal idarəetmə və monitorinq sistemləri də tətbiq olunur.
“Trip Optimizer” sistemi yolun profili, qatarın çəkisi və sürət məhdudiyyətlərini nəzərə alaraq dartma və elektrodinamik əyləcləmə proseslərini optimallaşdırır. Bu texnologiyanın yanacaq sərfiyyatını 5–30 faiz azaltmaq potensialının olduğu qeyd edilir.
Bundan başqa, lokomotivlərin 24 saat ərzində rəqəmsal monitorinqi və dispetçer dəstəyi, proqnozlaşdırıcı texniki xidmət və uzaqdan diaqnostika imkanları mövcuddur. Bu isə mümkün nasazlıqların əvvəlcədən müəyyənləşdirilməsinə və texniki xidmətin daha səmərəli təşkilinə imkan verir.
Ekspert qeyd edib ki, Astanadakı zavod 17 il ərzində Azərbaycan, Moldova, Tacikistan, Qırğızıstan, Türkmənistan, Ukrayna, Monqolustan və Özbəkistana ümumilikdə 42 lokomotiv ixrac edib.
Azərbaycan da daha əvvəl bu platformadan istifadə edib. Belə ki, 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC Qazaxıstan Lokomotiv Yığma Zavodundan 10 ədəd TE33A lokomotivi sifariş edib və sifariş 2017-ci ildə tam yerinə yetirilib.
Zavodun Azərbaycanı yenidən potensial ixrac bazarı kimi nəzərdən keçirməsi Orta Dəhliz üzrə yükdaşımaların artdığı bir vaxtda diqqətçəkən məqamdır.
“Azərbaycan üçün əsas sual yalnız neçə lokomotiv almaq deyil. Əsas məsələ yeni lokomotiv parkını rəqəmsal idarəetmə, yanacaq optimallaşdırması, 24/7 monitorinq, proqnozlaşdırıcı texniki xidmət və uzunmüddətli servis imkanları ilə birlikdə necə formalaşdırmaqdır.
Orta Dəhlizdə yük həcmləri artdıqca, 6000 tonluq qatarları daha səmərəli və etibarlı şəkildə daşımaq qabiliyyəti dəmir yolunun rəqabət üstünlüyünə çevriləcək. Lokomotiv artıq sadəcə dartıcı qüvvə deyil, rəqəmsal idarə olunan aktivdir”, – deyə Rauf Ağamirzəyev vurğulayıb.
Eltac Zülfüqaroğlu
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT










