Dəmiryol xətləri yaxınlığında ocaq qalayaraq qatarların hərəkətinə maneə yaradırlar – EKSPERT - VİDEO

Gündəm 22 İyun 2026 12:35
Dəmiryol xətləri yaxınlığında ocaq qalayaraq qatarların hərəkətinə maneə yaradırlar – EKSPERT - VİDEO
WhatsApp kanalımıza abunə olun

Son dövrlərdə Azərbaycanda dəmiryol nəqliyyatının inkişafı istiqamətində bir sıra işlər görülüb. Son 5 ildə Bakı–Gəncə marşrutu üzrə sürətli sərnişin qatarlarının fəaliyyətinin genişləndirilməsi, Bakı–Ağstafa marşrutu üzrə qatar reyslərinin sayının artırılması və hərəkət qrafikinin təkmilləşdirilməsi, pandemiyadan sonra şəhərlərarası sərnişin daşımalarının mərhələli şəkildə bərpa olunması, müasir "Stadler" markalı elektrik qatarlarının istismara verilməsi və sərnişin parkının yenilənməsi istiqamətində mühüm addımlar atılıb.

Avtosfer.az xəbər verir ki, görülən işlər bununla da yekunlaşmır. Vətəndaşlar üçün dəmiryol nəqliyyatının daha əlçatan olması istiqamətində qatarlarda onlayn bilet satışı və elektron xidmətlər genişləndirilib, mobil tətbiq və rəqəmsal platformalar vasitəsilə bilet əldə etmə imkanları artırılıb, Bakı Dəmiryol Vağzalında və digər stansiyalarda sərnişinlər üçün xidmət keyfiyyəti yüksəldilib və dəmiryol stansiyalarında əlilliyi olan şəxslər üçün şəraitinin yaxşılaşdılıb.

Buna baxmayaraq, bu gün hələ də bəzi vətəndaşlar dəmir yollarından rahat və təhlükəsiz istifadə şəraitini korlamağa, aidiyyəti quruma, eləcə də dövlətə zərər vurmağa davam edir.

Məsələ ilə əlaqədar dəmiryol xətləri ətrafında yaşayan sakinlərlə görüşən nəqliyyat eksperti Elməddin Muradlı ərazidə gördüyü mənzərədən təəccüblənib.

Belə ki, dəmir yolunun yaxınlığında qalanan ocaqlar, vətəndaşlar tərəfindən mühafizə zonasının qırılan çəpərləri, natəmiz vəziyyət eksperti şoka salıb.

“Burada “Azərbaycan Dəmir Yolları” QSC-nin quraşdırdığı lövhədə var. Xəbərdarlıq da olunur. Dəfələrlə qurum əməkdaşları da vətəndaşlara bu cür əməllərin qanun pozuntusu olmasını çatdırıb. Buna baxmayaraq, hələ də bəzi vətəndaşlar dəmir yolunun mühafizə zonasında öz tullantılarını yandırır. Qayda pozaraq qarşı tərəfdən bu tərəfə keçəndə əlindəki siqareti atır və yanğına səbəb olur, zərər vurur”.

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Müəllif: Səfər Əlizadə

 

Oxunub : 64
ŞƏRH YAZ
Ad

E-mail

Şərh