Dəmiryolçu gənc qızı zorlamaqda ittiham edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1973-cü il təvəllüdlü Ehtiram Hidayətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Elan olunmuş ittiham üzrə E.Hidayətov özünü tam təqsirli bildiyini söyləyib.
O bildirib ki, mərhum Əfqan Cəfərovla uşaqlıq dostu olub, bir sinifdə oxuyub. E.Hidayətov deyib ki, hadisədən əvvəl mərhum ondan 700 manat borc pul alıb: "Mənim qızım da çox ağır xəstə idi, müalicəsinə pul lazım olduğu üçün Əfqanın yanına getdim. Ondan borc pulumu istədim, verəcəyini dedi. Sonra evdə oturmuşdum. Əfqan zəng edib ailəmi, xəstə qızımı çox pis söydü, məni stadionun yanına görüşə çağırdı. Mən də evdən ov tüfəngini götürüb getdim. Mübahisə zəminində onu güllə ilə vurub öldürdüm. Sonra gedib polisə təslim oldum".
Təqsirləndirilən şəxs mərhum dostunun hər gün spirtli içki içdiyini deyib. O, əməlindən çox peşman olduğunu və hadisədən əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də fəhlə kimi çalışdığını söyləyib.
Daha sonra mərhum Əfqan Cəfərovun anası Fatma Cəfərova ifadə verib. Onun sözlərinə görə, E.Hidayətov oğlunu qız üstündə öldürüb: "Ehtiram bizim qohumumuz olan bir qızı zorlayıb, söhbəti bağlamaq üçün də oğlum Əfqanı öldürüb. Həmin qızın adını deməyəcəm. Bu barədə Ehtiramın özündən soruşun. Əfqan ona demişdi ki, qızın qardaşlarına söyləyəcək. Ehtiram da buna görə oğlumu öldürdü".
F.Cəfərova oğlunun E.Hidayətovdan borc pul almadığını, Ə.Cəfərovun ona borca pul verdiyini deyib.
Məhkəmədə mərhum Ə.Cəfərovun qardaşı Niqam Cəfərov da dindirilib. O söyləyib ki, E.Hidayətov 18 yaşlı qohumları M.A-nı (ad, soyad şərti) zorlayıb: "Biz bunu yas mərəsimində bildik. Kənddə bu zorlama hadisəsi barəsində hər kəs danışırdı. İstintaq dövründə də ifadəmizdə bu barədə demişik, lakin zorlama ilə bağlı heç nə yazılmayıb".
Təqsirləndirilən şəxs isə bildirib ki, həmin qızın ailəsi ilə yaxın münasibətləri olub: "Bu, başqa söhbətdir".
Hakim söyləyib ki, ittiham aktında zorlama ilə bağlı heç bir məlumat qeyd edilməyib.
Məhkəmənin növbəti iclası iylun 13-nə təyin edilib.
İttiham akrına əsasən, qətl hadisəsi bu il fevralın 4-dən 5-nə keçən gecə Xaçmaz rayonunun Çarxı kəndində törədilib.
Məlum olub ki, kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Hidayətov ov tüfəngindən 1973-cü il təvəllüdlü dostu Əfqan Cəfərova atəş açıb. Yaralı hadisə yerindəcə keçinib. Cinayətdən dərhal sonra E.Hidayətov polisə gələrək günahını etiraf edib.
E.Hidayətov və Ə.Cəfərov məktəb partasından bu yana dost olublar və qonşuluqda yaşayıblar. Uşaqlıq dostları arasında münaqişə pul üstündə baş verib.
“Azərbaycan Dəmir Yolları” QSC-də işləyən E.Hidayətov dostuna 700 manat borc verib. Vədə tamam olsa da, Ə.Cəfərov pulu qaytarmayıb. E.Hidayətov dostugilə gedərək pulu istəyib. O, uşağının xəstə olduğunu deyib.
Ə.Cəfərov isə nəinki borcunu qaytarmaq istəməyib, əksinə, uşaqlıq dostunu təhqir edib. Bundan qəzəblənən E.Hidayətov tüfəng dalınca evə gedib. Bir az sonra tüfənglə geri qayıdaraq dostunu güllələyib.
İstintaq orqanı tərəfindən E.Hidayətovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ
Bakı metrosunda sıxlıq belə ləğv olunur - VİDEO
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Paytaxtın 22 küçəsində tıxac var - SİYAHI - FOTO










