Dəmiryolçular ümumölkə tətilinə hazırlaşırlar

Avstriyada Federal Dəmir Yollarının (ÖBB) Həmkarlar İttifaqı (Vida) ölkə üzrə 40 min dəmiryolçunu noyabrın 26-da tətilə çağırıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Həmkarlar İttifaqının bu qərarı verməsinə səbəb işçilərin maaşlarının artırılmasına dair danışıqlarda razılığın əldə edilməməsi olub. 40 min dəmiryolçu üçün kollektiv əmək müqaviləsinin şərtlərini, iş şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını şirkət rəhbərliyindən tələb edən Vida gələn həftə keçiriləcək tətilin xəbərdarlıq xarakteri daşıdığını bildirib. Həmkarlar təşkilatı şirkət rəhbərliyi tərəfindən təklif olunan üç faizlik maaş artımının ümumi inflyasiya fonunda gülünc rəqəm olduğunu və Avstriyanın Avropada dəmir yolları sahəsində aparıcı ölkə olması ilə ziddiyyət təşkil etdiyini elan edib. Şirkət rəhbərliyi isə Vidanın qeyri-real tələblər irəli sürdüyünü əsas gətirərək, dörd günlük iş həftəsi, əlavə iş saatları və həftəsonları üçün yüksək ödəniş və digər imtiyazlar tələbi nəticəsində maaş artımının beş faizdən yuxarı olacağı, bunun isə şirkətin maliyyə imkanlarına cavab vermədiyini açıqlayıb. Şirkət tərəfindən Vidanın danışıqları yarımçıq saxlayaraq tətil çağırışı etməsi sərnişinlər və daşımaçılıqdakı tərəfdaşlara qarşı sayğısızlıq adlandırılıb. İlkin olaraq cəmi bir gün davam etməli olan tətilin müddətinin uzadılacağı istisna edilmir.
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Əli Əsədovdan dəmiryolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR
Forum bir sıra fikirlərin cəmiyyətə çatdırılmasında körpü rolu oynayır – CƏSARƏT HÜSEYNZADƏ - FOTO
WUF13-də səsləndirilən problemlər bütün ölkələrdə yaşanır – Afrikalı qonaq - FOTO








