Dəniz cəsurları sevir - FOTO

İyunun 29-da Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Silahlı Qüvvələrin yaranmasının 100 illiyinə həsr olunmuş üzgüçülük estafeti keçirilib. İdmançılar Böyük Zirə adasından Dənizkənarı Milli Park ərazisindəki Saat Qülləsinədək 9800 metr məsafəni qət ediblər. Bu yarışda Müdafiə, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərini, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərini, Dövlət Gömrük Komitəsini təmsil edən ümumilikdə 6 komandadan 100-dən çox idmançı əməkdaş qələbə uğrunda mübarizə aparıblar.
DİN İdman Cəmiyyətinin İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov bildirdi ki, müxtəlif ərazi polis orqanlarında xidmət edən əməkdaşların komanda yarışlarında və belə uzun məsafəyə üzməkdə təcrübəsi olmasa da, onların yüksək fiziki hazırlığı və mübarizliyi “son sözü” demiş oldu. Az vaxtda birgə məşqlər nəticəsində Daxili İşlər Nazirliyinin təmsilçiləri qələbə əzmi ilə qatıldıqları bu estafeti rəqib komandaların idmançılarından daha tez qət ediblər. Finişə Su İdman Sarayının idmançıları ikinci, Dövlət Sərhəd Xidmətinin əməkdaşları isə üçüncü çatıblar.
İdman Cəmiyyətinin komandasını bu yarışa polis mayoru Zaur Məcidov hazırlayıb.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI











