“Dəniz kuboku-2018” müsabiqəsində artilleriya atəşləri - VİDEO

“Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığlı poliqonunda “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər. Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, bu mərhələdə gəmilərə hərəkətdə ikən üzən mina hədəfini artilleriya atəşi ilə məhv edilməsi tapşırılıb. Atışlar artilleriya qurğularından 200 metr məsafədən yerinə yetirilib. Gəmilərin vaxtında gəlməsinə və hədəflərin məhv edilməsinə görə beynəlxalq hakimlər briqadası qiymətləndirmə aparıb. Yarışın nəticələrinə görə, Rusiya komandası 40 balla birinci, Azərbaycan 38 balla ikinci, Qazaxıstan 36 balla üçüncü, İran dənizçiləri isə 20 balla dördüncü yerlərdə qərarlaşıblar. Bu gün yarışların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












