Dəniz nəqliyyatının sərnişin dövriyəsi kəskin azalıb

2018-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 299,2 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox sərnişinə xidmət göstəriblər.
Avtosfer.az Statistika Komitəsinə istinadən xəbər verir ki, sərnişinlərin 87,6 faizi avtomobil nəqliyyatı, 12,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə 2018-ci ilin yanvar-fevral ayları ərzində 429,0 min sərnişin daşınıb.
2017-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 8,9 faiz artım müşahidə olunub.
Dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 42,3 faiz azalaraq 1,5 min nəfər olub.
Avtomobil nəqliyyatı ilə isə 262,0 milyon sərnişin daşınıb. Sərnişinlərin 96,4 faizi avtobus, 3,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 1,5 faiz artıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayına gəlincə, 2,4 faiz artaraq 36,5 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 291,8 min və ya 9,5 faiz çox sərnişin daşınıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












