Dənizdə 1000-dən çox neftçi təxliyə edilib

Hava şəraiti ilə əlaqədar "Azneft" İstehsalat Birliyi üzrə 1000 nəfərdən çox işçi təxliyə edilib. Avtosfer.az xəbər verir ki, İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, martın 30 və 31-də açıq dənizdə arabir 30 m/s-dən yüksək sürətli küləyin gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə "Azneft" İB tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib. Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində bütün işlərin maksimum mümkün dərəcədə məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya özülün istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyət qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub.
Dəniz neft-qazçıxarma obyektlərində yalnız mütləq zərurət tələb etdiyi qədər növbətçilər saxlanılıbr. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumi 1000 nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülüb.
Bundan əlavə, mümkün fövqəladə vəziyyətə cavab olaraq digər təşkilat və qurumlarla birgə əlaqəli tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir.
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO










