Dənizdə batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edilib - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir. DSX-dən Avtosfer.az-a verilən məlumata görə, 2018-ci ilin 4 dekabr tarixində “Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodu istiqamətində texniki nasazlıq səbəbindən batma təhlükəsi ilə üzləşən “SA-16129” bort nömrəli, “Yamaha-75” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərəfindən Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə köməklik göstərilməsi barədə müraciət edilib. Sahil nəzarəti bölməsi tərəfindən mərkəzi istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisinə təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb. Sərhəd gözətçi gəmisi tərəfindən dalğalı hava şəraitində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 13 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib. Gəmi tərəfindən üzmə vasitəsi yedəyə alınıb, qayıqda olan 2 nəfər xilas edilərək sərhəd gözətçi gəmisinin bortuna götürülüb. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslər Bakı şəhər sakinləri Ququşev Nikolay Anatolyeviç və İbrahimov Ağasəf Sahib oğlu olmuşlar.
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO














