Dənizə gedənlərin nəzərinə: Həyat üçün riskli zonalar ola bilər - VİDEO

Xəzər dənizində suyun səviyyəsinin azalması ilə çimərlik sahələrində sürüşmə və lillənmə kimi təhlükəli hallar yaranır.
Avtosfer.az bildirir ki, bunu Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi şöbəsinin müdiri Əmir Əliyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib.
O deyib ki, əvvəllər suyun səviyyəsi çox və dənizdən gələn küləklər güclü olduqda, sahildə lil toplanmırdı. İndi isə səviyyə azaldığı üçün çöküntülər və lil sahil boyu toplanır. Bu da çimərlikdə görünməyən təhlükəli zonalar yaradır.
Əmir Əliyev onu da bildirib ki, insanlar lil üzərində yeridikdə ayaqları sürüşür, tarazlığı itirir və batma riski artır.
Coğrafiya İnstitutunun şöbə müdiri qeyd edib ki, çimərliklərə üz tutan vətəndaşlar təhlükə nişanları və ya xəbərdarlıq lövhələri olan yerlərə diqqət yetirməli və üzgüçülük qabiliyyəti zəif olan şəxslərin isə bu ərazilərdən uzaq durmaları məsləhət görülür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO












