Deputat: “Enerji içkiləri cəmiyyətimizdə bir bəlaya çevrilib”

Azərbaycanda enerji içkiləri ilə bağlı artıq ciddi addımlar atılmalıdır. İlk növbədə də bu içkilərə nəhayət, aksiz dərəcələri tətbiq olunmalıdır. Çünki bu içkilər artıq cəmiyyətimizdə bir bəlaya çevrilib. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlament komitəsinin iclasında deyib. O, qeyd edib ki, artıq cəmiyyətdə gənclər, yeniyetmələr, azyaşlılar bu növ içkilərin aludəçilərinə çevriliblər: “Bu, narahatedici, qorxulu tendensiyadır. Dünyada ən ucuz enerji içkiləri bizdədir. Bir manata da enerji içkisi olar? Ona görə bununla bağlı təcili addımlar atılmalı, energetik içkilərə aksiz dərəcələri tətbiq olunmalıdır”.
Millət vəkili Jalə Əliyeva da spirtli içkilər və tütün məmulatları ilə bağlı qiymətlərin qaldırılması, aksiz dərəcələrinin artırılması təkliflərini dəstəkləyib: “Mən də bunu ikiəlli dəstəkləyirəm. Bir şeyin ki, üstünə yazılır ki, sizin sağlamlığınız üçün zərərlidir, təhlükədir, onda nəyə görə, bunların qiyməti, aksiz dərəcələri artırılmasın? Hesab edirəm ki, istər spirtli içkilərin, istərsə də siqaret məhsullarının qiymətləri qaldırılmalıdır, elə edilməlidir ki, onları almaq, istifadə etmək halları azalsın, minimuma endirilsin”.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










