Deputat: “Prezidentə qarşı yol qəzası ölümə cəhddir”

Moldova prezidenti İqor Dodonun avtomobilinin qəzaya uğraması zamanı anası və oğlu xəsarət alıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Moldova Milli Polisi məlumat yayıb. Onların sağlıq durumları barədə rəsmi məlumat verilmir. Yerli mətbuatın yazdığına görə, yol qəzası zamanı Moldova prezidentinin anası ağır xəsarət alıb. Moldova parlamentində Sosialistlər Partiyasından olan deputat Vlad Betrınça mətbuata açıqlamasında bildirib ki, bu yol qəzası təsadüfi deyil və ölümə cəhddir. Qeyd edək ki, bazar günü Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb. Moldova polisinin baş idarəsinin mətbuat xidmətinin rəhbəri Mariana Betsivu bildirib ki, prezidentin avtomobili toqquşma nəticəsində aşıb. Məlumata görə, prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub. Qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib. Moldova prezidenti mətbuata açıqlamasında vəziyyətinin normal olduğunu qeyd edib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












