Deputat qızına 400 minlik toy edən məmurdan DANIŞDI

Milli Məclisin deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov 400 minlik toyu ilə məşhurlaşan videobloger Aysel Şükürovanın atası Qüdrət Şükürovun Bakı Lift İdarəsinin baş direktoru vəzifəsindən çıxarılmasından danışıb. Avtosfer.az xəbər verir ki, E.Məmmədov "ölkə.az"a açıqlamasında deyib ki, Qüdrət Şükürov mətbuatda dəbdəbəli həyat tərzi və var-dövlətilə gündəmə gələn məmur olub: "Əgər Qüdrət Şükürovun deyilən qədər var-dövləti yığmağında cinayət tərkibi varsa, bunun araşdırılaraq ölçü götürülməsi ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Bununla bağlı mənim qəti söz deməyim doğru çıxmaz. Yəni, onun sahib olduğu pulların dəqiq mənbəyi bilinməlidir. Qüdrət Şükürovun bu qədər gəlirləri haradan alması deyilməlidir. Ola bilər ki, bu adam dövlət işindən başqa biznes fəaliyyəti ilə məşğul olub, pul qazanıb. Mən bunu dəqiq deyə bilmərəm. Amma təbii ki, Qüdrət Şükürov bu qədər pulu maaşla qazana bilməzdi. Çünki onun maaşının nə qədər olması çox adama məlumdur. Hesab edirəm ki, bu məsələnin araşdırılması və yekun qərar verilməsi səlahiyyətli qurumların işidir. Həmin qurumlar ondan bunun hesabatını tələb edə bilərlər".
Deputat qeyd edib ki, bu cür var-dövlətə sahib olan kiçik məmurlar təkcə Qüdrət Şükürovla bitmir: "Azərbaycanda Şükürov kimi bir çox məmurlar var ki, onların vəzifələri, iş təcrübələri və maaşları hamıya məlumdur. Ancaq bunun müqabilində onların malik olduqları var-dövlət, əmlakı hesablayanda düşünürsən ki, gərək adam həmin maaşla 500-600 il yaşaya, aldığı maaşdan da çox məvacib ala ki, bunları əldə edə bilsin. Çox təəssüf ki, cəmiyyətdə bu cür hallar qalmaqdadır. Biz çox istərdik ki, bu cür hallar olmasın. Əgər bu cür əməllərlə bağlı nöqsanlar və şikayətlər varsa, o zaman bunun mənbəyinin araşdırılması səlahiyyətli qurumların işidir. Qüdrət Şükürovun işlədiyi İdarə olub. Yəqin ki, Qüdrət Şükürovun tabe olduğu bir qurum olub və o bu qədər vəsaiti həmin qurumun gözü qarşısında yığıb. Bəlkə araşdırma aparılsa, məsələnin bir ucu da gedib həmin quruma çıxacaq. Görünür, ona qarşı nəzarət qaydasında olmayıb. Yaxud da bizim bilmədiyimiz başqa səbəblər var".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












