Deputat radar cərimələrinin ləğvi ilə bağlı dediklərinin təkzib etdi

Milli Məclisin deputatı Tahir Kərimli radarlarla bağlı cərimələrin ləğv edilməsinə dair təklifinə aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, o, “Report”a açıqlamasında bildirib ki, təklifi cərimələrin tam ləğv olunmasını nəzərdə tutmur. Deputat xatırladıb ki, İnzibti Xətalar Məcəlləsinin 342-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinin 9-cu bəndinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, 500 manatdan 800 manatadək məbləğdə cərimə edilir.
Deputat deyib ki, o, məhz bu bəndin ləğv edilməsini təklif edir: “Ona görə ki, indi hər kəs mobil telefonlara bu cür proqramlar yükləməklə radar haqqında müfəssəl məlumat əldə edə bilər. Buna görə hamı məsuliyyətə cəlb olunmalı deyil ki... İkincisi, bu cihazlar əgər radar-dedektor funksiyasını yerinə yetirirsə, əksinə sürücüyə xəbərdaredici faydası var. Heç də bütün cihazlar anti-radar funksiyası daşıyaraq radarların funksiyasını pozmur. Biz innovativ formalardan istifadə etmək istəyiriksə, bir çox dövlətlərdəki kimi yolda ÇİP-lər quraşdırmalıyıq ki, onlar avtomobilə müvafiq siqnallar ötürə bilsinlər”.
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ












