Deputat sərxoş halda dava salıb? - Yayılan xəbərlərə münasibət bildirib

Milli Məclisin deputatı Kamran Nəbizadənin restoranda kiminlə dava etdiyi məlum olub. Deputat Kamran Nəbizadənin Bakı restoranlarından birində dava salması haqda məlumatı Eynulla Fətullayevin virtualaz.org saytı yayıb. Həmin məlumatda insidentin Fətullayevin gözü qarşısında baş verdiyi xüsusi vurğulanıb.
Bu xəbəri dəqiqləşdirmək istədiyimiz Kamran Nəbizadə zənglərə cavab verməsə də, Yenicag.az deputatın iştirakı ilə baş vermiş dava-dalaşın təfərrüatlarını öyrənə bilib. Əldə etdiyimiz məlumata görə, dava deputatla məhz (!) Eynulla Fətullayevin arasında baş verib. Qeyd olunur ki, Kamran Nəbizadə, daha bir neçə deputat və Fətullayev restoranda yeyib-içərkən, mübahisə düşüb. Bu zaman ona cavab qaytarmasından əsəbləşən Nəbizadə jurnalistlərin ünvanına uyğun olmayan sözlər deyib. Bildirilir ki, Nəbizadənin “Bütün jurnalistləri Qaşıqçı kimi qaşığın içində, “kislota”da əritmək lazımdır” sözlərinə Fətullayevin kəskin cavabı deputatla jurnalistin əlbəyaxa davaya çıxmaları ilə nəticələnib.
Masa ətrafındakıların müdaxiləsindən sonra davanı sakitləşdirmək mümkün olsa da, Fətullayev öz iştirakını qabartmadan, insidenti ictimailəşdirib.
Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, Milli Məclisin deputatı Kamran Nəbizadə Bakıda restoranlarından birində sərxoş halda dava salması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Avtosfer.az xəbər verir ki, o, "Report"a açıqlamasında deyib ki, barəsində yayılanlar həqiqəti əks etdirmir: "Yalan xəbərlərdir".
Xatırladaq ki, deputatın sərxoş halda restoranda dava salması ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, K.Nəbizadəni restoranın mühafizəçiləri sakitləşdiriblər. O, daha sonra restorandan kənarlaşdırılıb.
***
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?












