Deputatdan etiraz: Böyük vəsaitlərlə salınan yollar tez bir zamanda sıradan çıxır

Yolların salınmasına kifayət qədər böyük vəsait xərclənib və xərclənməkdədir. Ancaq təəssüf ki, biz bu yolların tez bir zamanda sıradan çıxdığının şahidi oluruq. Burada əlbəttə, kimlərinsə işinə, yəni yol salınmasına məsuliyyətsiz yanaşması səbəb ola bilər. Avtosfer.Az oxu.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Əflatun Amaşov deyib. Bu yöndə fikirlərini parlamentdəki çıxışında da dilə gətirdiyini deyən millət vəkilinin sözlərinə görə, məsuliyyətsizliyin digər tərəfi də var. “Yəqin ki, yollarda iri tonnajlı maşınların hərəkət etdiyinin şahidi olmusunuz. Bakı-Qazax avtomobil yoluna diqqət yetirin. Yolun elə hissələləri var ki, sağ zolaq bərbad haldadır. Hamısı həmin iri tonnajlı yük avtomobillərinə görədir. Onlara nəzərdə tutulduğundan artıq yük vurulur. Bu da böyük vəsaitlər xərcləyərək saldığımız yolların tez bir zamanda sıradan çıxmasına səbəb olur. Eyni vəziyyət Saatlıdan İmişliyə gedən Musalı-Məzrəli yolu üçün də xarakterikdir. Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq orada ciddi problemlər yaranıb…” - deyə, millət vəkili bu kimi halların aradan qaldırılmasının vacibliyini bildirib.
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ












