Deputatdan “şortik qalmaqalı”na sərt reaksiya: Ata-anası görmür o qız necə geyinir?

Bu fikirləri Bakı metrosunda gənc qızın şortik geyinməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirən Milli Məclisin deputatı Ağacan Abıyev deyib.
Avtosfer.Az moderator.az-a istinadən bildirir ki, Ağacan Abıyevin fikrincə, valideynlər uşaqlarının geyim məsələsinə diqqətlə yanaşmalıdırlar:
"Vallah, bu məsələdə siz necə düşünürsüzsə, mən də elə düşünürəm. Sizə bir şey deyim, bizdə geyimə görə qadağa yoxdur, kim necə istəyir, elə də geyinir.
O qız azərbaycanlıdır, hə? Onda ata-anası baxmalıdır ki, o uşaq necə geyinir. Yəni camaat ona bir söz deyənə qədər, valideynləri həmin uşağa deməlidirlər ki, Bakıda belə geyinmək olmaz!
Sən azərbaycanlısan, qayda-qanun var... Bu, o ailənin məsələsidir, ata-ananın işidir. Atası-anası onu hər gün evdə görmür? Görmürlər, o uşaq necə geyinir? Birinci növbədə ailədə o məsələlərə fikir vermək lazımdır".
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












