Deputatı döyməkdə şübhəli bilinən şəxsin Azərbaycandan ekstradisiyası istəniləcək

Ukrayna Baş Prokurorluğu ukraynalı deputat Mustafa Nayyemi döyməkdə şübhəli bilinən Maqomed-Əmin Saitovun ekstradisiya edilməsi xahişi ilə yaxın günlərdə Azərbaycana müraciət etməyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə "112 Ukrayna" telekanalının efirində Ukraynanın baş prokurorunun müavini Yevgeni Yenin bildirib.
Onun sözlərinə görə, hazırda Baş Prokurorluq M.Saitovun ekstradisiyası məsələsini nəzərdən keçirir və azərbaycanlı həmkarları ilə sıx əlaqə saxlayır.
O, belə proseslərin, bir qayda olaraq, bir neçə ay davam etdiyini vurğulayıb.
Xatırladaq ki, bu il aprelin 30-da Kiyevdəki Bessarabskaya meydanında bir neçə nəfər xalq deputatı Mustafa Nayyemi döyüb. Daha sonra hüquq-mühafizə orqanları əməkdaşları üç nəfəri saxlayıb.
Xuliqanlıq və qəsdən orta ağırlıqlı bədən xəsarətlərinin yetirilməsi maddələri üzrə cinayət işi başlanıb. Prokurorluğun məlumatına görə, hücum edənlərdən biri - Maqomed-Əmin Saitov hadisədən 2 saat sonra Bakıya uçub. Polis onu axtarışa verib.
Mayın 5-də isə M.Saitov Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












