Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO

Dərnəgül elektrik deposunda tikinti işləri davam etdirilir. Ərazidə qatarların qəbulu və hərəkətinin təşkili üçün yeni dəmir yolu xətləri, enerji bloku, idarəetmə binası və digər yardımçı təsərrüfat sahələri yaradılır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı Bakı Metropoliteninin “Dərnəgül” elektrik deposunda aparılan işlərlə tanış olub. O, ərazidə qısa müddət ərzində görülən işlərin miqyasını yüksək qiymətləndirib.
Ekspert bildirib ki, depo müasir standartlara uyğun şəkildə inşa edilir və burada qatarların qəbulu, saxlanılması və hərəkətinin təşkili üçün zəruri infrastruktur yaradılır.
“Tikinti işləri davam edir. Daha bir yardımçı təsərrüfat sahəsi yaradılıb. Gördüyünüz depo budur. Burada enerji bloku və idarəetmə binası var. Binaların nömrələri də artıq vurulub. Qatarlar bu xətlər vasitəsilə depoya daxil olurlar”, – deyə Elməddin Muradlı bildirib.
Depo ərazisində qatarların hərəkəti üçün xətlər müvafiq standartlara uyğun şəkildə qurulub. Qatarların depoya daxil olması və ərazidə hərəkətinin təmin edilməsi üçün müxtəlif istiqamətlər üzrə xətlər yaradılıb. Gələcəkdə ərazidə metro stansiyasının da fəaliyyət göstərməsi nəzərdə tutulur.
Ekspert ötən il əraziyə səfəri zamanı burada əsasən boş və düzənlik sahənin olduğunu xatırladaraq, hazırkı mənzərənin görülən işlərin miqyasını aydın göstərdiyini bildirib.
Eltac Zülfüqaroğlu
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












