''Dəvə qutabı'' bu ətdən hazırlanır - Video

Mal ətinin üzərinə şəkər tozu əlavə edilir, sonra həmin ətdən qutab hazırlanaraq ''dəvə qutabı'' adı ilə vətəndaşlara satılır. Avtosfer.az xəbər verir ki, bu iddianın nə dərəcə doğru-olub olmadığını araşdırmaq üçün həm dəvə qutabı satan şəxslərin, həm də mütəxəssislərin mövqeyini öyrəndik.
Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, Azərbaycana xarici ölkələrdən diri dəvə və ya dəvə əti gətirilmir. Nazirliyin tərkibində olan Abşeron Kənd Təsərrüfatı Müəssisəsində dəvələr yetişdirilir. Lakin müəssisənin direktoru Rəhman Gülməmmədov deyir ki, burdakı dəvələr satılmır və yetişdirilməsində məqsəd genefondu qorumaqdır.
Dəvə qutabının satışı ilə məşğul şəxslər isə iddialarla razılaşmayaraq bildirir ki, hazırlanan qutab sırf dəvə ətindəndir və alıcılara 1 ədədi 1 manata təklif olunur. Onların sözlərinə görə, dəvə ətini müxtəlif şəxslərdən bir kiloqramını 16 manata alırlar.
Mütəxəssislər bildirir ki, dəvə əti mal ətinə nisbətəm şirin olur. Ancaq buna baxmyaraq hər iki ətdən hazırlanan qutabları bir-birindən fərqləndirmək çətindir.
Mütəxəssislər dəvə qutabı sifariş verərkən həmin ətin dəvə əti olub-olmadığını təsdiq edən sertifikatı tələb etməyi tövsiyə edirlər.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












