Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ

Sentyabrın 15-dən etibarən Bakı və ətraf ərazilərdə yerləşən dövlət qurumlarında fərqli iş qrafiki tətbiq olunur. Belə ki, bəzi qurumlarda iş rejimi üç fərqli saat aralığında – 08:00-17:00, 09:00-18:00 və 09:30-18:30 olmaqla təşkil edilir. Hər iş rejimi üzrə əməkdaşların sayının ümumi işçi sayının 30 faizindən az olmaması şərti müəyyənləşdirilib.
Bu dəyişiklikdə əsas məqsəd Bakıda nəqliyyat sıxlığının azaldılması və fərqli iş qrafiklərinin nəqliyyat axınına təsirinin qiymətləndirilməsidir.
Lakin artıq bir aya yaxındır ki, dəyişkən iş qrafiki tətbiq olunsa da, paytaxtın uzunmüddətli tıxaclarında nəzərəçarpacaq azalma müşahidə edilmir. Demək olar ki, hər gün şəhərin müxtəlif istiqamətlərində nəqliyyat sıxlığı və uzunmüddətli tıxaclar yaşanır.
Bəs tətbiq olunan fərqli iş qrafiki paytaxtda nəqliyyat sıxlığının azaldılması üçün kifayətdirmi?
Nəzərə almaq lazımdır ki, Bakıdakı tıxacların əsas səbəblərindən biri təhsil müəssisələrinin yaratdığı nəqliyyat yüküdür. Xüsusilə dərs saatlarının başlanması və başa çatması vaxtlarında yollarda sıxlıq daha da artır.
Maraqlıdır, dövlət qurumları ilə yanaşı, məktəb və digər təhsil müəssisələrində də iş və dərs saatlarının fərqli qrafik üzrə təşkil edilməsi nəqliyyat sıxlığının azaldılmasına daha effektiv təsir göstərə bilərmi?
Bizim.Media mövzuyla əlaqədar nəqliyyat eksperti Elməddin Muradlının fikirlərini öyrənib.
Ekspert iş qrafikinin dəyişdirilməsini tıxacın qarşısını almaq üçün yetərli hesab etmir:
“Aidiyyəti qurumlar bu məsələyə ciddi nəzarət etməlidir. Həmçinin aparılan sınaqların nəticəsi, işə davamiyyət barədə məlumatlar təqdim edilməlidir”.
Elməddin Muradlı təklif edir ki, sıxlığın azaldılması istiqamətində universitetlərdə dərslərin başlama saatı, keçirilmə formatı kimi məsələləri gözdən keçirmək vacibdir:
“Universitetlərdə dərslərin keçirilməsiylə bağlı fərqli bir format seçmək lazımdır. Xüsusilə universitetlər nəqliyyatda yaranan sıxlığa daha ciddi təsir göstərirlər. Təhsil prosesini dəyişmədən dərslərin onlayn formatda keçirilməsi üsuluna baxmaq olar. Həmçinin iş və dərs saatlarının başlanma saatının dəyişdirilməsiylə bağlı addımlar atıla bilər”, - deyə müsahibimiz qeyd edib.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












