DGK-a nəqliyyat vasitələrinin sərhəddə çox qalmasının səbəbini açıqlayıb

"Azərbaycan Gürcüstandan fərqli olaraq sərhəd keçid məntəqələrində təhlükəsizliyə daha çox önəm verir". "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və heaabatlılıq" tədbirində çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev deyib.
O, bu barədə Azərbaycanın sərhəd keçid məntəqərində nəqliyyat vasitələrinin çox qalması məsələsinə aydınlıq gətirərkən danışıb: "Öncə fikir vermək lazımdır ki, ölkələr hansı siyasəti həyata keçirir. Gürcüstan sərhəd keçid məntəqələrində fiskal siyasət həyata keçirir. Biz isə təhlükəsizliyə üstünlük veririk. Bəzən bizə deyirlər ki, niyə Gürcüstan sərhəddindən 1 dəqiqəyə keçmək olur, amma bizdə yubanmalar olur?! Səbəb budur - biz təhlükəsizliyə üstünlük veririk və bu da müəyyən vaxt alır".
İ.Babayev həmçinin qeyd edib ki, DGK qeydiyyat jurnalında hansısa avtomobil barədə məlumatı ləğv etmək üçün 4 nazirlikdən icazə alır və bu proses 3-4 ay çəkir: "Biz bir gecədə 27 jurnal, 18 sənəd ləğv etmişik. Əgər əvvəl sərhəd keçid məntəqəsindən 283 min maşın keçirdisə, bu gün bu rəqəm 1 356 minə qalxıb. Əgər avtomobil 60 dəqiqədən çox sərhəd keçid məntəqəsində qalırsa, avtomatik olaraq buna reaksiya verilir və izahat tələb olunur".
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










