DGK-nın inspektoru və post rəisi qaçaqmalçılığa görə işdən çıxarılıb – VİDEO

Dövlət Gömrük Komitəsinin (DGK) iki əməkdaşı qaçaqmalçılığa görə vəzifəsindən azad edilib. Komitədən Avtosfer.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə mobil telefonların gömrük nəzarətinə bəyan edilmədən, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətiriləcəyi barədə daxil olmuş əməliyyat məlumatına əsasən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Muxtarov Nazim Əlimcanoviç "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük sərhədini keçdikdən sonra saxlanılıb ona məxsus əl yükünə baxış keçirilib.Yoxlama zamanı onun baqajında gömrük nəzarəti zamanı bəyan olunmayan ümumi sayı 79 ədəd təşkil edən "İphone" markalı, 2 ədəd "Samsung" markalı mobil telefonlar, "İphone" markalı mobil telefonlarına aid 3 ədəd qulaqlıq, 5ədəd adaptor, 19 ədəd boş qutular və 2 ədəd Kinqston markalı 240 GB tutumlu yaddaş qurğusunun olduğu müəyyənedilib. Qeyd olunan fakt üzrə aparılan araşdırma zamanı məlum olub ki, Muxtarov Nazim Əlimcanoviç şəxsiyyəti müəyyən olunmuş bir qrup şəxslə əlbir olaraq həmin mobil telefonları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə dair Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Hüseynli Ariz Behbud oğlu ilə sövdələşib və sonuncunun vasitəçiliyi ilə dəyəri külli miqdar təşkil edən, 197120 manat dəyərində mobil telefon və aksessuarları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçiriblər. Eyni zamanda,müəyyən olunubki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Hüseynli Ariz Behbud oğlu əvvəllər də qulluq mövqeyindən istifadə etməklə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin digər əməkdaşı, post rəisi Əliyev Rəhman Qasım oğlu ilə birlikdə qeyd olunan şəxslərlə 500 ABŞ dolları müqabilində dəyəri külli miqdar təşkil edən ətriyyat və kosmetik ləvazimatlarının, o cümlədən mobil telefonların gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradıblar. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Hüseynli Ariz Behbud oğlu və Əliyev Rəhman Qasım oğludərhal tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər və vəzifə səlahiyyətlərindən sui istifadə edən gömrük əməkdaşları barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi məqsədilə xidməti araşdırmaya başlanılıb.
Namiq
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










