DGK sədri vətəndaşlara çağırış etdi: "Bu məsələni nəzərə alın"

"İstər yaz periodunda, istərsə də indi Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları gömrük-sərhəd keçid məntəqələrində yarana biləcək sıxlığı aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir". Avtosfer.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib. S.Mehdiyev qeyd edib ki, komitə bütün texniki imkanlarından istifadə edərək, sıxlığı aradan qaldırmağa çalışır: "Bu cür sıxlıqlar dünyanın hər yerində mövcuddur. Sərnişin axınının çox olmasının və nəqliyyat vasitələrinin idxal-ixrac əməliyyatlarının müəyyən pik saatları var. Amma bu o demək deyil ki, hər hansı gömrük keçid məntəqəsində sıxlıq varsa, bu daimidir. Bununla belə bir neçə saat ərzində baş verən sıxlığı aradan qaldırmaq üçün hər iki qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərir".
Komitə sədri sıxlığın yaranmaması üçün vətəndaşları çağırış edib: "Xüsusilə cənub regionunda yaşayan vətəndaşlarımıza tövsiyəmiz var. Onlar səhər 9-10 radələrində gömrükdən keçməyə çalışır. Günorta saatlarında vətəndaşlar sərhəd keçid məntəqələrində rahat keçə biləcəyi halda, hər kəs səhər saatlarında getməyə çalışır. Vətəndaşlardan xahişimiz odur ki, saat məsələsini nəzərə alsınlar".
Elmin
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










