Dilarənin soyulan “Audi”sindən FOTOLAR

“Gecə saat 2-də səsyazma studiyasından qayıtdım. Direktorum Nigar Məmmədova da yanımda idi. Yaşadığım yer Nazirlər Kabinetinin yaxınlığındadır, şəhərin mərkəzidir və hər tərəfdə kameralar var. Birinci dəfə deyil ki, “bardaçok”a pul qoyuram. Pulu layihəm üçün ayırmışdım, səhər 9-da ödəniş ediləcəkdi”.
Avtosfer.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Dilarə Kazımova deyib. O, ilk dəfə oğurluq hadisəsi ilə üzləşdiyi bildirib:
"İlk dəfədir ki, başıma belə bir hadisə gəlir, şokdayam. Avtomobilimə hücum olandan sonra bizə deyildi ki, həmin ərazidə bir neçə gün əvvəl daha iki maşının da pəncərəsini sındırıblar. Bilsəydim, maşına heç nə qoymazdım. Polisə müraciət etdik, həmin şəxsin axtarışlarına başlanılıb.
İnanıram ki, tapılacaq. Şəhərin içidir və kameralar çoxdur. İki min pulla yanaşı bahalı ətiri, 3 ədəd günəş eynəyi, xırda pullar da götürüblər. Noutbuku da maşına qoymaq istəyirdik, son anda fikrimizdən daşındıq. İşlə bağlı lazım olduğu üçün özümüzlə götürdük".


Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












