DİN 36 nəfəri cərimə etdi - Zibilləməyə görə

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi respublikanın şəhər və rayonlarında, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirib. Avtosfer.az-ın verdiyi xəbərə görə,iyun ayı ərzində paytaxtın Sabunçu, Xətai, Səbail, Binəqədi, Xəzər, Abşeron rayonlarında və Sumqayıt şəhəri ərazilərində keçirilən belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 211-ci (sanitariya-gigyena və epidemiya əleyhinə rejimlərinin pozulması) maddələrinin tələblərini pozmuş 36 şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 5.550 manat təşkil edib.
Ümumilikdə, tələbləri pozan 206 fiziki və hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilib, onlara 13.550 manat cərimə tətbiq olunub. Bu istiqamətlərdə tədbirlər davam etdirilir.
Fidan
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












