DİN avtobusda qadının döyülməsi hadisəsi barədə rəsmi açıqlama verib

Martın 28-də saat 18 radələrində paytaxtın Moskva prospektindəki avtobus dayanacaqlarının birində 65 saylı xətt avtobusunda asayişi pozmaqda şübhəli bilinən şəxs həmin ərazidə xidmət aparan Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılaraq 19-cu Polis Bölməsinə gətirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi İlham Babayev bildirib.
İ.Babayev deyib ki, araşdırmalarla onun Bakı şəhər sakini Müşfiq Namazov olduğu müəyyən edilib.
Martın 29-da Bakı şəhər sakini S.Sultanova da 19-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək 65 saylı xətt avtobusunda həmin vaxt M.Namazov tərəfindən döyüldüyünü bildirib.
“Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - İ.Babayev deyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












