DİN-dən Ağstafadakı silahlı basqınla bağlı rəsmi – Açıqlama

Daxili İşlər Nazirliyi Ağstafada baş verən silahlı basqınla bağlı açıqlama yayıb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 17-də saat 4 radələrində Ağstafa şəhərində qeydə alınıb. Şəhər ərazisində yaşayan Əmirxan Mustafayevin evinə qarət məqsədi ilə girmiş 2 maskalı şəxs onun baş nahiyəsinə avtomat silahının qundağı ilə xəsarət yetirib, havaya 2 dəfə atəş açaraq bıçaqla hədələyib, pul verməsini tələb ediblər. Əmirxan Mustafayev onlardan birini tərkisilah edib, digəri isə hadisə yerindən qaçıb. Ağstafa rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalarla saxlanılmış şəxsin Saloğlu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ceyhun Novruzov, qaçan şəxsin isə Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Budaqov olduğu müəyyən edilib. Cinayətin törədilməsində istifadə edilmiş “AKM” markalı silah, 1 ədəd patron darağı, 29 ədəd patron və 2 ədəd giliz polis əməkdaşları tərəfindən götürülüb. Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Azər Budaqov polis əməkdaşları tərəfindən saxlanılıb. Ağstafa rayon polis şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












