DİN-dən şəhidlərə hörmətsizlik edən gənc barədə açıqlama – VİDEO

Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunub. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin mühəndisi Sabir Həsənov bildirib: “Səbail Rayon Polis İdarəsi bu barədə məlumatlıdır və müvafiq araşdırma aparılır”. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır: “Videogörüntüdəki gənclərin şəxsiyyətlərinin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində iş aparılır. Səbail Rayon Polis İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə gənc oğlanın gecə saatlarında “Əbədi məşəl” abidə kompleksində musiqi fonunda akrobatik hərəkətlər edərək abidənin divarlarına çıxması görüntüləri yayılıb.
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?












