DİN-in baş idarə rəisi: "14 ildə insan alverinə görə 538 nəfər məhkəməyə verilib"

“Dünya birliyinin davamlı səylərinə baxmayaraq insan alveri müasir dövrün ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Azərbaycanda 14 ildən artıqdır ki, insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirilir. Bu istiqamətdə qanunvericilik bazası təkmilləşdirilərək insan qurbanlarının milli istiqamətləndirmə mexanizmi çərçivəsində qəbul edilən 20-dən artıq normativ hüquqi aktlara əsasən, onların reabilitasiyası və reinteqrasiyası təmin edilib”. “Report”un xəbərinə görə, “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” mövzusunda keçirilən konfransda Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi general-mayor Heydər Heydərov deyib.
İdarə rəisi qeyd edib ki, Azərbaycanda bu sahədə maarifləndirmə işləri aparılır. Onun sözlərinə, ölkədə insan alveri qurbanlarının kompensasiya almaq, istismar dövründə törətdiyi hüquqazidd əmələ cəzalandırılmamaq kimi hüquqları tanınıb: “İnsan alveri qurbanları könüllü qaydada ödənişsiz sosial reablitasiya və təhlükəsizlik təsbirləri ilə əhatə olunmaqla onlara tibbi, hüquqi, psixoloji, yaşayış yeri yardımları ödənişsiz göstərilir, normal həyat tərzinə qayıdışı təmin edilir. Azərbaycanda 14 il müddətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 1321 insan alveri və məcburi əmək cinayəti qeydə alınaraq, 538 nəfər məhkəmə məsuliyyətinə təqdim edilib. Müəyyən edilən 873 insan alveri qurbanının cəmiyyətə reinteqrasiyası təmin edilib. Əldə edilən nəticələr beynəlxalq tərəfdaşlar tərəfindən müsbət dəyərləndirilib. Bu sahədə Azərbaycan təcrübəsi bir sıra ölkələrin müvafiq qurumlarının diqqət mərkəzindədir”.
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI











