DİN-in komandası 12-ci dəfə kuboka sahib oldu - FOTO

Martın 23-26-da İsmayıllı Olimpiya İdman Kompleksində yeniyetmələr və gənclər arasında kikboksinq üzrə Azərbaycan birinciliyi keçirilib. Bu yarışda da DİN İdman Cəmiyyətinin komandası fəal iştirak edib və turnirin nəticələri təmsilçilərimiz üçün uğurlu olub. Onlar ümumi nəticədə birinci yerə layiq görülərək respublika kubokunun sahibi olublar. Bununla da kuboklarının sayını 12-yə çatdırıblar.
Komandamızın rəhbəri, ölkəmizin yeniyetmə və gənclərdən ibarət yığmasının baş məşqçisi Hikmət Hacıyev yarışın yüksək səviyyədə keçirildiyini bildirdi: "Kikboksinq idman növü günü-gündən populyarlaşır. Biz də daha yaxşı nailiyyət əldə etmək üçün daha gərgin çalışırıq. Yarış çox yüksək səviyyədə keçdi. Bütün qərarlar ədalətli oldu. Sevindirici haldır ki, mənim yetirmələrim fərqlənərək resbuplika kubokunun sahibi oldular. Bu qələbə həm də DİN İdman Cəmiyyətinin təmsilçilərinin Azərbaycan Polisinin 100 illiyinə əlamətdar töhfəsi oldu.”
Hikmət Hacıyev deyir ki, bu nəticələr həm də ölkəmizdə və daxili işlər orqanlarında idmana, idmançı əməkdaşlara göstərilən diqqət və qayğının əyani təzahürüdür, eyni zamanda DİN-in İdman Cəmiyyətində təlim-məşq prosesinin yüksək səviyyədə təşkilindən, təlimlərin daha səmərəli olmasından xəbər verir. Hər birimiz bu qayğıya cavab olaraq etimadı doğrultmağı özümüzə şərəf, borc bilirik.
Komandanın baş məşqçisi onu da qeyd etdi ki, gənclərin narkomaniyadan və pis vərdişlərindən uzaq olması, onları sağlam gələcəyə ruhlandırmaq üçün idman tədbirlərinin keçirilməsi vacib şərtlərdəndir.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













