DİN-in nümayəndə heyəti Qazaxıstanda səfərdədir
Gündəm
16 May 2018 10:32

Qazaxıstanın daxili işlər naziri, polis general-polkovniki Kalmuxanbet Qasımovla görüş olub
Azərbaycanın daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun rəhbərlik etdiyi DİN nümayəndə heyəti Astanada səfərdədir. "Report" "Kazakhstan Today"ə istinadən xəbər verir ki, səfər zamanı Qazaxıstanın daxili işlər naziri, polis general-polkovniki Kalmuxanbet Qasımov və bu ölkənin daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Janat Süleymenovla görüşlər keçirilib. Tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin cinayətkarlığa qarşı mübarizə sahəsində gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Görüşlərdə iki dövlətin Daxili İşlər nazirliklərinin sahə bölmələrinin rəhbərləri də iştirak ediblər. Səfər mayın 17-də başa çatacaq.
Oxunub : 1169
DİGƏR XƏBƏRLƏR
25 Avqust 2026 18:05
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
25 Avqust 2026 15:00
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
25 Avqust 2026 13:11
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
25 Avqust 2026 11:30
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
24 Avqust 2026 22:50
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
24 Avqust 2026 22:15
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
24 Avqust 2026 21:10
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
24 Avqust 2026 19:52
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
24 Avqust 2026 19:00
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
24 Avqust 2026 18:30
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
24 Avqust 2026 11:30
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
24 Avqust 2026 08:48
Bu yollarda tıxac var - SİYAHI - FOTO
ŞƏRH YAZ










