DİN-in sabiq polkovniki 2 azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinir

Rusiyada Moskva vilayəti polisinin istefada olan polkovnik-leytenantı Moskvada iki azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinir. Bu barədə "Report" "Moskovski komsomolets"ə istinadən xəbər verir.
İstintaqın versiyasına görə, keçmiş polis məmuru Aleksey Jdanov ötən il oktyabrın 16-da "İnfiniti" markalı avtomobili idarə edən 38 yaşlı azərbaycanlı ilə yolu bölüşə bilməyəndən sonra Novoslobodskaya küçəsində evin həyətində ona çataraq "Makarov" tipli tapançadan atəş açıb, ardından isə "Jiquli" markalı maşınını yandırıb. A.Jdanov elə həmin gün polis tərəfindən saxlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, A.Jdanov başqa cinayət də törədib, özü də yenə azərbaycanlıya qarşı. Onun ötən il sentyabrın 8-də Desnovskoye qəsəbəsi ətrafındakı meşədə tapılan, bıçaq zərbələrindən və odlu silahdan açılan atəşlərdən ölən azərbaycanlını da qətlə yetirdiyi məlum olub. Öldürülən şəxs "Reno Loqan" markalı avtomobildə daşıma ilə məşğul olurdu.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları birinci cinayətin başvermə şəraitini və səbəblərini aydınlaşdırırlar.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












