DİN inspektor axtarır - Hüquqşünas və ingilis dili üzrə

Daxili İşlər Nazirliyi (DİN) Beynəlxalq Əməkdaşlıq İdarəsində vakant olan 2 inspektor və 1 inspektor-tərcüməçi vəzifələrinə müsabiqə elan edib. DİN-in Baş Kadrlar İdarəsi və Beynəlxalq Əməkdaşlıq İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, inspektor vəzifələrinə namizədlər dövlət ali təhsil müəssisələrini beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə bitirmiş, ixtisası üzrə əmək stajına malik olmalıdır. İnspektor-tərcüməçi vəzifəsinə namizəd dövlət ali təhsil müəssisələrini tərcüməçi (sinxron-ingilis dili) ixtisası üzrə bitirmiş, ingilis dilini mükəmməl bilən, tərcüməçi kimi əmək stajına malik olmalıdır.
Müsabiqədə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum olunmamış Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2018-ci ilin may ayının 23-dən iyun ayının 23-dək ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına - Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplom, hərbi bilet və əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.
Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaq.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012)-590-97-52; (012)-590-93-27.
Elmin
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










